Yeni qərar avtomobil qiymətlərinə NECƏ TƏSİR EDƏCƏK? – 50 faizlik artım ...

Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb. Belə ki, qiymət 200 manatdan 300 manata qaldırılıb. Qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.
Bu, avtomobil satış bazarına necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Globalinfo”ya danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bunun avtomobil satışına təsir imkanları zəifdir:
“Əksinə, qərarın müəyyən qədər gömrük yığımlarının artımına xidmət etdiyini düşünürəm. Avtomobillərin qiyməti ilə bağlı məsələyə yanaşma isə bütün hallarda doğru deyil. Birdən-birə 50 faizlik artım yolverilməzdir”.
İqtisadçı Asif İbrahimov isə bildirib ki, terminal haqqında, gömrük rüsumlarında və müəyyən tariflərdə dəyişiklik olanda bu, yekun qiymətə təsir edir:
“Sözügedən rəqəm cüzi də olsa, qiymətlərdə fərq yaradır. Bu baxımdan fikrimcə, yeni qərar avtomobil bazarından da yan keçməyəcək”.
Qeyd edək ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










