Yol mədəniyyətinə riayət etdikdə qəzalar da baş verməz - Millət vəkili

“Yollarda təhlükəsizliyin təmin olunması nə qədər hüquqi müstəvidə olan bir məsələdirsə, o qədər də mədəniyyət baxımından qiymətləndirilməlidir.” Bunu Avtosfer.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib. Deputat bildirib ki, bu gün yol qəzaları ilə bağlı hadisələrin aktual bir məsələyə çevrilməsi təəssüf doğurur. “İnsanın cəmiyyətdə statusu tez-tez dəyişir. Məsələn, biz evdə valideyn, sükan arxasında sürücü, yolu keçərkən piyada, işdə vəzifə daşıyıcısı və.s oluruq. Bütün bu hallarda gərək insan diqqətli olsun. İstənilən statusda olarkən əsas göstərici mədəniyyət olmalıdır. İstər sürücü, istərsə də piyada olarkən yol mədəniyyətinə riayət etdikdə qəzalar da baş verməz.”
Deputat bildirib ki. bu istiqamətdə hüquqi və qanunverici bazanın olması və təkmilləşdirilməsi təbiidir. İstər sürücülər, istərsə də piyadalar bunları bilməli və əməl etməlidir. “Yəni məsələyə təkcə sürücü, yaxud piyada aspektindən baxmaq olmaz. Burada hər iki tərəfin qaydalara riayət etməsi vacib amildir. ”
H. Məmmədov daha çox piyada məsuliyyətinin olmasının əsas olduğunu önə çəkib. “İstənilən halda insan həyatı onun üçün qiymətlidir. Amma təssüf olsun ki, bəzən piyadalar hətta nəzərdə tutulmuş keçiddən keçdiyi halda belə üzünü nəqliyyatın axınının əksi istiqamətinə çevirir. Ən azından gələn nəqliyyat vasitəsinə baxmaq lazımdır. Bəlkə sürət həddi çoxdur, yaxud idarəetməni itirib, bəlkə də sükan arxasında vəziyyəti pisləşib və.s. Yaxud da keçiddən bir-bir keçmə halları olur. Düşünürəm ki, piyadalar keçiddə gözləsə və 5-10 nəfər yığıldıqdan sonra yolu keçsələr daha yaxşı olar. Çünki biz böyük meqapolisdə yaşayırıq. Sürücüləri də nəzərə almaq lazımdır. Bu bir mədəniyyət nümunəsidir. Tıxacların qarşısını alan, təhlükəsizliyi təmin edən bir mədəniyyət.”
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












