Yol polisi Bakıda atılmış maşınların yiyəsini axtarır - Gəlin aparın

Cərimə meydançalarında illərlə qalan avtomobillər var. El arasında “maşın qəbiristanlığı” adlandırılır, amma faktiki olaraq cərimə meydançasıdır. Qəzada yararsız hala düşən, sahibi cərimə olunan nəqliyyat vasitələri, ya da ümumiyyətlə, sahibi tərəfindən unudulan avtomobilləri burda görmək olar. Hətta bəzi avtomobillər Bakının cərimə meydançalarından birində 10 ilə yaxındır ki, dayanır. Səbəblər isə müxtəlifdir. Kimi qəza zamanı yararsız hala düşən avtomobilinə sahib çıxmır, kimi qəza zamanı ölən yaxının maşınından uzaq durmaq istəyir, kiminin də əzilmiş avtomobilinin cəriməsini ödəməyə əli gəlmir.
Sahibləri razılıq vermədiyindən bu avtomobilləri nə çıxdaş etmək, nə də yararlı hissələrini satışa çıxarmaq mümkündür.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yol Hərəkəti Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlama verib. Qurum rəsmisi bildirib ki, keçən il Bakı şəhəri üzrə müvəqqəti mühafizə olunan dayanacaqlarda illərlə qalmış, sahibləri tərəfindən unudulmış və istismara yararsız olan 600-dən çox nəqliyyat vasitəsi sahiblərinin köməkliyilə oradan çıxarılaraq, çıxdaş edilib. “Bu gün də bu istiqamətlər üzrə tədbirlər davam etdirilir. Bakıda 10 ildən çoxdur ki, cərimə meydançasında qalan avtomobil var. Hazırda cərimə meydançalarında bu tipdə avtomobillər qalmaqdadır”.
V.Əsədov deyib ki, dünən Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş hadisə zamanı yanan 11 avtomobilin sahibinə təkrarən, hətta 3 dəfə belə məlumat verilib ki, maşınları cərimə meydançasından götürüb çıxdaş etmək lazımdır. “Təəssüflər olsun ki, bizim müraciətlərimiz cavabsız qalıb. Cərimə meydançasında illərlə qalan avtomobillərin çıxdaş edilməsi istiqamətində yenə də müxtəlif tədbirləri həyata keçirməyə çalışacağıq. Hər halda bu, avtomobil sahibinin razılığı ilə həyata keçirilməlidir. Yəni avtomobil sahibi könüllü olaraq onu çıxdaş etdirməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












