Yol polisi texniki baxış zamanı sürücüdən nə tələb edə bilər? – Cərimə məsələsi

Son günlər avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı sürücüləri çaş-baş salan şaiyələr yayılıb. Bildirilir ki, guya avtomobilin üzərində qərarsız cərimələr olduqda texniki baxışdan keçirilə bilər. Lakin Avtosfer.az xatırladır ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklərdən birində bu məsələyə tam olaraq aydınlıq gətirilib və qərarsız cərimələri olan sürücülərin avtomobili texniki baxışa təqdim edərkən qərarsız cərimələrə görə nə ilə üzləşə biləcəyi tam aydın şəkildə yazılıb. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzindən Avtosfer.az-a bildirildi ki, son günlər yayılan şaiyələr sürücüləri çaşdırmasın. Qanunvericiyilin tələbinə uyğun olaraq texniki baxışa təqdim olunan nəqliyyat vasitəsinin üzərində olan və qanuni qüvvəyə minmiş cərimələr ödənilməyibsə texniki baxış zamanı həmin cərimələrin ödənilməsi tələb olunur. Əks halda, avtomobilin texniki baxışdan keçirilməsindən imtina edilir. Eyni zamanda, qərarsız cərimələr texniki baxış zamanı çap olunaraq sürücüyə rəsmən təqdim edilir ki, bu da 10 gündən sonra sürücüyə həmin cərimələri ödəmək imkanının yaradılması deməkdir. Hər iki hal qanunla tənzimlənir və bununla razılaşmayan sürücünün avtomobili texniki baxışdan keçirilmir. Qərarsız cərimələrin bildirişi sürücüyə təqdim edilmədən ona hər hansı texniki baxış talonu verilə bilməz.
Müayinə Mərkəzindən onu da bildirdilər ki, sürücülər cərimələri ödədikdən sonra avtomobili istənilən vaxt texniki baxışa təqdim edə bilərlər. Çünki texniki baxış məntəqələri həftənin şənbə-bazar günləri, eləcə də bayram günlərində də səhər saat 9-dan axşam saat 18.00-a kimi öz işini davam etdirir.
Elmin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










