Yol qanunlarını sərtləşdirmək lazımdır - Millət vəkili

“Nədənsə sürücülərimizdə diqqətsizlik, gərginlik var. Sanki hara getməklərindən asılı olmayaraq tələsirlər.” Bunu Avtosfer.az-a millət vəkili Jalə Əliyeva deyib. Xanım deputat bildirib ki, istənilən halda sürücülər onların yolunu gözləyənləri düşünməlidir. “Onu dərk etmək lazımdır ki, axşam valideynlərinin, ailəsinin, övladlarının yanına qayıtmalıdır. Mən Türkiyədə bunu görmüşəm ki, avtomobilin arxasına “Ata səni gözləyirəm”, “Yavaş sür” vəs şüarlar yazılır. Bəlkə bizdə də bu tətbiq edilsə yaxşı olar.” J.Əliyeva bildirib ki, son vaxtlarda avvtomobillərin sayı da artıb. “Bəzən görürsən ki, bir ailədə 2-3 avtomobil var. Yola çıxanda hər kəs öz maşını ilə çıxır. Bəlkə də elə problemlərin biri də budur".
Millət vəkili hesab edir ki, qaydaları bir az da sərtləşdirmək olar. “Çünki başqa çıxış yolu qalmır. Maaifləndirmə ilə nəticə əldə edilmədikdə, inzibati tədbirləri gücləndirmək lazım gəlir. Bəlkə qaydalar sərtləşdirisə təsi ola bilər.” Jalə Əliyeva piyadavurmalar məsələsinə də toxunub. Bildirib ki, çox zaman piyadavurlarda sürücüəri günahkar bilsələr də piyadalar daha çox səhvə yol verir: “Bəzən piyadalar nəzərdə tutulmuş keçiddən istifadə etmirlər. Nəticədə ölüm halları baş verir. Yaxud, magistral yolda valideyn uşaqla birgə yol çıxır, eyni zamanda uşaqları nəzarətsiz buraxırlar.”
J.Əliyeva onu da əlavə edib ki, qanunları sərtləşdirməklə iş bitmir. Maifləndirmə olmalı, insanlar özləri dərk etməlidirlər. “Evdən çıxanda sürücü fikirləşməlidir ki, 5 dəqqiqə tez çatmaq istəməsi ona həyatı bahasına başa gələ bilər.”
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












