"Ziya Məmmədovun buraxdığı səhvlər bu gün bizə çox ciddi problemlər yaşadır" - Elməddin Muradlı

Əhalini narahat edən, hələ də həllini tapmayan əsas problemlərdən biri də tıxacdır. Paytaxtda isə sakinlər bu problemlə hər gün üz-üzə qalırlar. Bəs, bu problemdən necə qurtulaq?
Sözügedən məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O, qeyd edib ki, burada əsas hədəf ictimai nəqliyyatı gücləndirmək olmalıdır:
"İctimai nəqliyyat nə qədər çox inkişaf etsə tıxacların qarşısı bir o qədər tez və daha səmərəli şəkildə alınacaq. Hazırkı vəziyyətdə biz bu barədə hələ rahat şəkildə danışa bilmirik. Çünki ictimai nəqliyyat arzuolunan səviyyədə deyil. Avtobusların sayından tutmuş, metroda qatarlarının sayı və intervalın ürəkaçan səviyyədə olmamasından danışa bilərik. Bunlarla bərabər kənar dairəvi yolların çəkilməsinə gəldikdə isə bir çox insan məcbur deyil ki, şəhərin mərkəzindən keçsin. Yəni o şəhərin bir başından digər başına gedirsə bir çox istiqamətlərdə yollar sürücünü məcburən mərkəzə gətirir. Bu barədə düşünmək lazımdır və gələcəkdə yol infrastrukturu qurarkən elə planlar qoyulmalıdır ki, mərkəzə girmədən insanlar kənar dairəvi yollarla rahat hərəkət edə bilsinlər. Bu mexanizmi vaxtında qurmayıblar. Keçmiş nəqliyyat nazirinin dövründən buraxılan səhvlər bu gün bizə çox ciddi problemlər yaşadır. Hesab edirəm ki, ilk növbədə bu problemlərin həlli ilə məşğul olmalıyıq. Bu zaman yaxşı nəticələr əldə edə biləcəyimizə əminəm".
(sonxeber.az)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










