16 marşrutun hərəkət sxemi dəyişir - Bu avtobus pulsuz olacaq

Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
“41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2 nömrəli marşrutun “Avtovağzal” m/st istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” m/st-na doğru fəaliyyət göstərəcək.
3 nömrəli marşrutun “Dərnəgül” m/st istiqamətində hərəkəti Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər 3 marşrut “Dərnəgül” m/st-na fəaliyyət göstərəcək.
202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.
Qeyd edək ki, 7-ci mikrorayon ərazisində yaşayan sakinlərin “Dərnəgül” m/st istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 3 nömrəli müntəzəm marşrutdan avtobuslar ayrılacaq. Həmin avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) - “Dərnəgül” m/st marşrutu üzrə sərnişinlərə ödənişsiz xidmət göstərəcək”, - deyə məlumatda qeyd edilib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












