Banner

"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO

Yeniliklər 17 Oktyabr 2026 20:24
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
WhatsApp kanalımıza abunə olun

"Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq".

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verilişində bildirib.

Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır.

"Aparılan təhlillərə, əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır", - deyə o bildirib.

bax.tvhttps://player.bax.tv/embed/227980.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh