“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslarda gedişhaqqı 60 qəpik olacaq.
Avtosfer.az xəbər verir ki bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, "28 May" və "Nizami" stansiyaları arasında xətlərin ayrılması ilə bağlı gedən işlərə görə AYNA tərəfindən əlavə ekspres xətlər yaradılıb.
Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək. İstifadəyə verilən avtobuslar ödənişli olacaq və hər birində gedişhaqqı 0.60 AZN təşkil edəcək.
Qeyd edək ki, yeni ekspres xətləri bunlardır:
M1 – Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında
M2 – Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında
M3 – Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında
M4 – Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında
M5 – Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında
M6 – Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












