Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev jurnalistlərə müsahibəsində məlumat verib.
O bildirib ki, Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-üzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı-Hövsan xəttinin bərpası nəzərdə tutulur.

“Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb.
Yeni Suraxanı-Hövsan xətti üzrə stansiyalarla əlaqədar optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.
Yeni Suraxanı-Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur”.
Bəxtiyar Hacıyev onu da vurğulayıb ki, Abşeron dairəvi dəmir yolu üzrə mövcud xətlərdə stansiyaların sayının artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, buraya "Kürdəxanı", "Saray", eyni zamanda "Fatmayı", həmçinin "Binəqədi" və "Güzdək" stansiyalarının yenidən yaradılması daxildir: "Bu Dövlət Proqramı çərçivəsində nəzərdə tutulur ki, ümumilikdə bu gün mövcud olan 15 stansiya ilə yanaşı, Bakı ətrafı ərazilərdə də dəmir yolu xətləri bərpa edilsin. Bütün işlərin 2030-cu ilə qədər tam yekunlaşması planlaşdırılır. Abşeron dairəvi dəmir yolu marşrutu iki xətdən ibarətdir: Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt. Dövlət proqramında nəzərdə tutulan xətlər isə ayrıca xətlərdir. Biri Zabrat-Maştağa-Bağlar xəttidir. Bu xətt Bakı Dəmir Yolu Vağzalından başlayır, Bakıxanovdan keçməklə düz istiqamətdə davam edir. "Zabrat 2"dən sağ istiqamətdə artıq Maştağadan keçməklə bağlara qədər uzanır. Digər xətt Yeni Suraxanı-Hövsandır ki, bu xətt də Bakı Dəmir Yolu Vağzalından başlayır, Bakıxanovdan keçir, Yeni Suraxanıya çatdıqdan sonra sağ istiqamətdə yolu ayrılır və Hövsan MİDA yaşayış kompleksi xətti ilə Hövsan limanına qədər gəlir. Yeni Suraxanı-Hövsan xəttinin Hövsan ərazisində hasarlama işlərinə start verilib".
B.Hacıyev deyib ki, digər xətt Bakıxanov-Binə-Qaladır və bu da Bakı Dəmir Yolu Vağzalından başlayır: "O, "Bakıxanov" stansiyasından davam etməklə düz xəttlə Binədən və Qaladan keçərək bütün bu əraziləri əhatə edir. Digəri Qaradağ-Güzdək xəttidir ki, Güzdək stansiyası Xırdalan-Sumqayıt xətti üzərində yerləşəcək".
Səfər
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO












