Ağsuda 5 məntəqəni əhatə edən yolun yenidən qurulması yekunlaşır - FOTO

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun yenidən qurulması davam edir. AAYDA-dan Avtosfer.az-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir. IV texniki dərəcəli avtomobil yolu çınqıl örtüklü olmaqla uzun illər istismar olunduğundan və təmir işləri aparılmadığından yolun torpaq yatağı və yol əsası istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüşdür. Avtomobil yolunun təmir olunmasına ehtiyac yaranmışdır. Bu üzdən Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması istiqamətində başlanılan işlər yekunlaşmaq üzrədir.
Yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yolun üst yamac hissəsi kəsilib, torpaq yatağı qazılıb, əvəzinə yararlı qrunt tökülərək yayılıb kipləşdirilib. Zəruri olan yerlərdə 1 m diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də görülüb.
Torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilib. Bu işlər 150 min kv.m sahəni əhatə edib. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunun. Asfaltlanma işləri ümumilikdə 90 min kv.m sahəni əhatə edir.
Layihəyə uyğun olaraq çiyin hissələrin bərkidilməsi, küvetlərin dəmir-betonla tikintisi, yol birləşmələri və kəsişmələrinin təmiri də nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində nisə yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Fidan
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN


















