AİB Azərbaycana dəmir yolu layihəsi üçün 350 milyon dollar ayırdı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə AİB məlumat yayıb.
Bildirilib ki, vəsait Biləcəri ilə Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin quraşdırılmasına yönəldiləcək.
Qeyd olunub ki, Biləcəri-Yalama xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir. Layihənin Azərbaycanın multimodal nəqliyyat və logistika imkanlarının, eləcə də regional ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) layihələrin idarə edilməsi imkanlarının da gücləndirilməsi nəzərdə tutulur.
AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, dəmir yolu infrastrukturunun modernləşdirilməsi Azərbaycanın dəmir yolu nəqliyyatı şəbəkəsini daha rəqabətqabiliyyətli, enerji baxımından səmərəli və ekoloji cəhətdən dayanıqlı edəcək:
"Layihə dəmir yolu əməliyyatlarını daha təhlükəsiz və qənaətcil edəcək, həmçinin regional əlaqələrin güclənməsinə şərait yaradacaq".
Layihə başa çatdıqdan sonra xəttin sabit cərəyanla elektrikləşdirmə sistemindən daha səmərəli hesab edilən dəyişən cərəyan sisteminə keçirilməsi mümkün olacaq. Bunun enerji istehlakını və texniki xidmət xərclərini azaltması, kommersiya sürətini artırması və istixana qazı emissiyalarını aşağı salması gözlənilir.
Xatırladaq ki, AİB bundan əvvəl də Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində ADY-yə dəstək göstərib. Həmin proqram vasitəsilə 166 kilometrlik Sumqayıt-Yalama dəmir yolu xəttinin yenilənməsi və bərpası maliyyələşdirilib.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq











