Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.
Avtosfer.az bildirir ki, “Bakupost”un əldə etdiyi məlumata görə, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib
Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.
Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO












