Antalya hava limanında YENİ QAYDA: Qonaqları qarşılamaq üçün adlar yazılan lövhədən istifadə qadağan edilir

Türkiyənin Antalya Beynəlxalq Hava Limanında avqustundan etibarən turistləri qarşılayan şirkətlər ad və loqolar əks olunan lövhələrdən istifadə edə bilməyəcəklər.
Avtosfer.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, 31 iyul saat 00:00-dan etibarən mütəşəkkil turistlər hərflərlə işarələnmiş xüsusi stendlərə yönləndiriləcəklər. Gəliş zalında turizm şirkətlərinin ad və loqolarının yer aldığı ayrıca lövhələrin istifadəsi qadağan olunacaq.
Yeni sistemə əsasən, qarşılama zonasında A-dan M-yə qədər hərflərlə işarələnmiş 13 şəffaf stend quraşdırılacaq. Onlar sərnişinlərin adətən qarşılandığı ərazidə bir-birindən 30-40 santimetr məsafədə yerləşəcək.
Turizm agentlikləri bu stendlər arasında bölüşdürüləcək. Hər stendə doqquz şirkət təhkim olunacaq və hər şirkət öz turistlərindən altı nəfərin soyadını yerləşdirə biləcək. Beləliklə, bir stenddə ümumilikdə 54 turistin adı göstəriləcək.
Yeni sistem qüvvəyə mindikdən sonra gəliş zalında turizm operatorlarının və qəbul edən şirkətlərin ad və loqoları olan lövhələrdən istifadə edən şəxslərin lövhələri hava limanının əməkdaşları tərəfindən götürüləcək.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












