Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik

Bu ilin sonuna qədər Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a “Bakı Kart”ın operatoru - “K Group” MMC-dən bildirilib.
Məlumata görə, bu addım sərnişinlərə metro ilə yanaşı, avtobuslarda da eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.
“Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur”, - məlumatda qeyd olunub.
Qeyd edilib ki, artıq “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında gedişhaqqını NFC dəstəkli yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay”lə ödəmək mümkündür. Bu yenilik bütün yerli bank sektorunu əhatə edir, şəhər nəqliyyatında nağdsız ödəniş ekosisteminin genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm addımdır.
NFC ödəniş sistemi sərnişin rahatlığını nəzərə alaraq, balansda kifayət qədər vəsait olmasa belə birdəfəlik keçid imkanı təqdim edir. Bu yanaşma vətəndaşların səfərlərini problemsiz davam etdirməsini təmin edir. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır.
Bundan əvvəl də ictimai nəqliyyatda sərnişinlər üçün QR ödəniş imkanı istifadəyə verilib. Bu sistem sayəsində mobil tətbiq üzərindən yaradılan QR bilet vasitəsilə paytaxt və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər fiziki kart təqdim etmədən gedişhaqlarını rahat və sürətli şəkildə ödəyə bilirlər.
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ












