AZAL-dan daha bir yenilik - Sərnişinlər yan oturacağı “bloklaya” bilər

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən “bloklaya” bilərlər.
Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətin tətbiqi qaydası:
– Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının “AZAL Upgrade” səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
– Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
– Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.
– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Xidmətin istifadəsinə dair videotəlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












