AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.
Yeni qaydalara əsasən:
• Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
• Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
• Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır - onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;
• Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.
Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












