AZAL Təbrizə birbaşa uçuşlar açır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Biletlər bu gün ərzində artıq satışa çıxarılacaq.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.
Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












