Azərbaycana yeni eleketrikli təcili tibbi yardım avtomobilləri gətirilib - FOTO

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar ölkə başçısının tapşırığı əsasında paytaxtda bir sıra önəmli işlər görülür. İstər nəqliyyat, istərsə də digər kommunikativ vasitələrin inkişafı istiqamətində görülən tədbirlər özünün müsbət nəticəsini verməkdədir.
Avtosfer.az xəbər verir ki, prezident İlham Əliyev bu gün Zığ Elektrik Avtobus Parkının ərazisində olarkən ona ölkəmizə yeni gətirilən elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib. Bu nəqliyyat vasitələri COP29 tədbiri ərəfəsində əhalinin istifadəsinə veriləcək.
Bununla yanaşı Bakıya yeni elektrikli təcili tibbi yardım avtomobilləri də gətirilib.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, hazırda sözügedən avtomobillər 5 ədəd olmaqla sınaq məqsədilə COP-29 konfransı çərçivəsində nəzərdən keçirilir. İstifadə olunacağı profil üzrə dayanıqlılığı və xidmətə yararlılığı qiymətləndirilir.
Səfər
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












