Azərbaycanda hər il sürüşən yol birdəfəlik təmir ediləcək - FOTO

Dövlət başçısının direktiv göstərişinə əsasən, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının hazırlanması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir sıra işlər görülür. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, bu işlər çərçivəsində yerli layihəçilərlə birlikdə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndisi qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyadan dəvət olunmuş “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə Agentlikdə işgüzar görüş keçirilmiş, müzakirələr aparılıb.
Mövcud Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının variantlarının işlənməsi məqsədi ilə geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və s.) aparılmasına qərar verilib.
Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, bu avtomobil yolu demək olar ki, hər il öz fəaliyyətini qısa və ya uzun müddətli fasilələrlə dayandırmalı olur.
Qeyd edək ki, “Ste.p ZT GmbH” mühəndislik bürosu Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir. Mülki mühəndislik və bina tikintisi, tunel, nəqliyyat infrastrukturu və planlanması, yol mühəndisliyi, geologiya və geotexnika mühəndisliyi, istismar və təhlükəsizlik texnologiyası və s. kimi mühəndisliyin bütün sahələri üzrə ən yüksək səviyyədə xidmətlər təklif edir.
70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir. Şirkətin əməkdaşları tərəfindən müştəri ilə birlikdə spesifikasiyalara və dizayn ideyalarına əsasən texnologiya, xərc və vaxt baxımından optimallaşdırılmış tikinti layihəsi fərdi olaraq hazırlanır, həmçinin ilkin layihələrin hazırlanması və ya planlaşdırması, tender üçün layihə cizgilərinin və layihə sənədlərinin tərtib olunması, işçi cizgilərin hazırlanması, optimal variantın seçilməsi və s. mühəndislik xidmətləri göstərilir.
Emin
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
















