Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.
Rəşad Allahverdiyev qeyd edib ki, bu istiqamətdə Abşeron Milli Parkına dəniz akvatoriyasının daxil edilməsi nəzərdə tutulur.
“Ölkənin ən kiçik milli parkı Bakı şəhərinə yaxın yerləşən, 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkıdır. Artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Xəritələşmə işlərini yekunlaşdırmışıq. Dəniz akvatoriyası da milli parka daxil olacaq. Həmin akvatoriyada mühafizənin təmin olunması üçün reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində tədbirlər görüləcək.
Fəaliyyətin əsas istiqamətlərindən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətdə qorunmasıdır. Ağgöl Milli Parkında su ekosistemi və balıq ehtiyatları təbii şəraitdə mühafizə olunur”.
R.Allahverdiyev əlavə edib ki, balıqların kürüləmə dövründə və digər həssas vaxtlarda mühafizə tədbirləri gücləndirilir:
“Ərazilərdə mühafizə ilboyu həyata keçirilir. Kürüləmə dövründə və digər həssas vaxtlarda isə növbəli sistemlə sutkalıq iş rejiminə keçirik ki, qanun pozuntularının qarşısı alınsın”.
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO












