Azərbaycanda regionlara gecə avtobus reysləri bərpa edilir - DANX-dan açıqlama

Məlum olduğu kimi, sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq 2010-cun ilin may ayının 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Belə ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub. Artıq gecə saatlarında avtobusların regionlara doğru hərəkəti artıq bərpa olunur. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına birbaşa quru sərhəd olmadığına görə reyslər beynəlxalq reyslər kimi keçirilir. Beynəlxalq reyslərdə isə hazırda da gecə reysləri mövcuddur. İlin əvvəlində Naxçıvan əhalisinin istəyini nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysini açmışıq. Hazıda isə növbəti gecə reyslərinin respublikanın digər şəhərlərarası marşrut xətlərində də bərpa edilməsi ilə bağlı işlər gedir.
DANX rəsmisi bildirib ki, artıq bununla bağlı hökümətə müraciət olunub: “"Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Respublika Komissiyasının da müvafiq tövsiyyələri nəzərə alınmaqla gecə reyslərinin yaxın gələcəkdə intensiv olan şəhər və qəsəbələrə fəaliyyəti bərpa edilə bilər” - N.Allahyarova qeyd edib.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq











