Bakı metrosunda MÖHTƏŞƏM YENİLİK: DƏYİŞİKLİK OLACAQ

Ötən il Bakı metrosunda biometrik ödəniş mexanizminin tətbiq edilməsiylə əlaqədar müzakirələr edilirdi. Ancaq hələ ki, bu mexanizm istifadəyə verilməyib. Bu barədə sınaqların nə yerdə olduğu, üztanıma ilə ödəniş texnologiyasının metroda nə zaman istifadəyə veriləcəyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya bildirilib ki, bu mexanizmin tətbiq edilməsi gələcəkdə mümkündür:
“Bakı metropolitenində gedişhaqqının ödənilməsi məqsədilə biometrik (üztanıma) sistemin tətbiqi gələcəkdə mümkün hesab olunur. Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənərək dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur”.
Verilən açıqlamada Bakı metrosunda sərnişinlər üçün həyata keçirilən rəqəmsal ödəniş imkanlarından da bəhs edilib:
“Hazırda sərnişinlər “BakıKart” və QR biletlə yanaşı, NFC texnologiyasını dəstəkləyən yerli və xarici bank kartlarından, həmçinin “Apple Pay” və “Google Pay” xidmətlərindən istifadə edə bilirlər”.
Xatırladaq ki, bu ildən etibarən Azərbaycan Dəmiryolları QSC-də “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












