Bakı metrosunda mühüm infrastruktur dəyişiklikləri olacaq - VİDEO

Bakının ən çox yüklənən, həm də ən turistik nöqtələrindən biri olan metronun "İçərişəhər" stansiyasının ətrafında yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri gözlənilir.
Avtosfer.az xəbər verir ki, stansiyadan sonra dönmə qurğusu və onun üstündə yeraltı parklanma sahəsi salınacaq.
Metrostansiyadan dərhal sonra yerləşəcək dönmə qurğusu, yəni qatarların istiqamət dəyişməsinə imkan verən sistem həm xəttin çevikliyini artıracaq, həm də təxirəsalınmaz hallarda qatarların mərkəzə qayıtmasını sürətləndirəcək.
Bu mühüm texniki infrastrukturun üzərində isə yeraltı avtomobil dayanacağı olacaq. Tarixi mərkəzdə avtomobil saxlamaq çətinliyi, ən çox da turist axını olan vaxtlarda ciddi problemə çevrilirdi.
Ən vacib dəyişikliklərdən biri də metronun "28 May" stansiyasında nəzərdə tutulur. Artıq bu ərazi təkcə qovşaq yox, mərkəzi keçid platforması olacaq. Hazırda istifadəçilər bir stansiyadan digərinə keçid zamanı yolun böyük hissəsini yeraltı keçid vasitəsilə qət edirlər. Yeni layihəyə əsasən, xətlərarası birbaşa keçid tuneli salınacaq və fasiləsiz qatar inteqrasiyası təmin ediləcək.
Yeni proqram çərçivəsində 10 yeni stansiya, xüsusilə də "Yaşıl" və "Bənövşəyi" xətlərin uzadılması nəzərdə tutulur. Bu isə təkcə metro şəbəkəsinin genişlənməsi deyil, həm də şəhər daxilində balanslı sərnişin paylanması deməkdir.
Ətraflı süjetdə:
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












