Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər

"Bakı metropoliteninində yeddivaqonluq qatarlar xətti buraxıla bilər".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırkı vəziyyətdə buna ehtiyac yoxdur:
"Bakının giriş hissəsinin yükünün azaldılması məqsədilə bu gündən etibarən "Avtovağzal" və "Xocəsən" stansiyalarından sərnişinlərin girişi pulsuz təşkil edilib. Bu, metro stansiyalarında sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bilirsiniz ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında tunel bağlanıb. Bu da metroda sərnişin axınını azaldıb. Amma bu gündən etibarən metroda sərnişin artımının olacağını planlaşdırılır. Hələ ki, xətlərdə beşvaqonluq qatarlar hərəkət edir və əhəmiyyətli dərəcədə sərnişin artımı yoxdur. Amma gələcəkdə sərnişin sıxlığı yaranarsa, "bənövşəyi" xətt üzrə yeddivaqonluq qatarların hərəkətinə keçə bilərik".
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












