Bakı metrosunun bir xəttində ancaq yeni nəsil qatarlar olacaq - RƏSMİ

"2025-2026-cı illərdə "Bakı Metropoliteni" QSC-yə 30 vaqonun (6 qatar tərkibi) alınması nəzərdə tutulub".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, istehsalçı müəssisə ilə razılaşmaya əsasən, 2025-ci il ərzində 30 yeni nəsil vaqonu alınaraq Bakı metropoliteninə gətiriləcək və tam komplektləşdirmə aparılaraq xətlərə buraxılması istiqamətində tədbirlər görüləcək:
"Xətlər ayrıldıqdan sonra "yaşıl" xətdə ancaq yeni nəsil qatarlar hərəkət edəcək. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 299 yeni vaqonun alınması planlaşdırılır".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












