Bakı nəqliyyatında YENİLİK: üztanıma ilə ödəniş dövrü yaxınlaşır

Bakı Metropolitenində üz tanıma texnologiyasına əsaslanan gedişhaqqı ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır. Bu istiqamətdə artıq "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə yeni ödəniş sisteminin inteqrasiyasına start verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev "AzInTelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə" adlı tədbirdə məlumat verib.
F.Fərəcullayev bildirib ki, belə bir sistemin yerüstü ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tətbiqi daha çətindir. Onun sözlərinə görə, bu sahədə hava şəraiti, işıqlandırma səviyyəsi, kameraların texniki göstəriciləri və digər texniki amillər nəzərə alınmalıdır. Bu səbəbdən öncə pilot sınaqlar həyata keçiriləcək və onların nəticələrinə əsasən yekun qərar veriləcək.
Könül
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












