Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?

Bakı və Abşeron yarımadasında nəqliyyat infrastrukturunun genişləndirilməsi planlaşdırılır. Yeni avtomobil yolları, metro stansiyaları və tramvay xətlərinin yaradılması paytaxtda tıxacların azaldılmasına və ictimai nəqliyyatın yaxşılaşdırılmasına xidmət edəcək.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı və Abşeronun nəqliyyat şəbəkəsinin inkişafına dair hədəf planları təqdim olunub.
![]()
Plana əsasən, Abşeron yarımadasında 25 yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Xırdalan, Sumqayıt, Mehdiabad və Binəqədi istiqamətlərində yol şəbəkəsinin genişləndirilməsi, yeni nəqliyyat qovşaqlarının yaradılması planlaşdırılır.
Metro şəbəkəsinin inkişafı çərçivəsində Bənövşəyi xətt üzrə 5-6, Yaşıl xətt üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulub. Bundan başqa, Mehdiabad-28 May, "Sea Breeze"-Mehdiabad, Mehdiabad-8 Noyabr, Bayıl-28 May və Həzi Aslanov-28 May istiqamətlərində tramvay xətlərinin yaradılması perspektivləri də müzakirə olunur.
![]()
Layihələrin həyata keçirilməsi Bakıətrafı yaşayış məntəqələri ilə paytaxt arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, sərnişinlərin ictimai nəqliyyata çıxış imkanlarının genişləndirilməsinə və əsas yollardakı sıxlığın azaldılmasına töhfə verə biləcək?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtomobil yollarının tikintisi Bakıdakı tıxac probleminin kompleks həlli ilə müşayiət olunmalıdır:
![]()
"Əks halda, yeni yollar yalnız sıxlığın yerini və vaxtını dəyişəcək, uzunmüddətli nəticə verməyəcək. Nəqliyyat probleminin həlli üçün avtomobil yolları ilə yanaşı, metro, dəmir yolu, tramvay, avtobus şəbəkəsi, mikromobillik və piyada infrastrukturu da paralel inkişaf etdirilməlidir.
Əsas məqsəd daha çox insanın daşınmasını təmin edən nəqliyyat növlərinə üstünlük verməkdir. Avtobus zolaqlarının yaradılması bunun effektiv nümunəsidir. Belə zolaqlar sıxlıq şəraitində avtobusların hərəkətini sürətləndirir. Böyük şəhərlərdə isə sərnişin yükünün əsas hissəsini dəmir yolu, metro və tramvay daşımalıdır.
![]()
Mövcud infrastrukturdan səmərəli istifadə də vacibdir. Məsələn, Sumqayıtda dəmir yolu vağzalı və avtovağzal ətrafında piyadaların hərəkəti üçün lazımi şəraitin olmaması nəqliyyat planlaşdırılmasındakı problemlərdən biridir".
Ekspertin fikrincə, şəhərdə iş mərkəzlərinin yalnız mərkəzi ərazilərdə cəmləşməsinin qarşısı alınmalı, Bakıxanov və Dərnəgül kimi dəmir yolu stansiyalarının ətrafında yeni iş və xidmət mərkəzləri yaradılmalıdır:
![]()
"Bu, insanların gündəlik səfərlərini qısalda və sərnişin axınını müxtəlif istiqamətlər üzrə bölüşdürə bilər. Nəqliyyat infrastrukturunun inkişafında ilk növbədə mövcud yolların, dəmir yolu xətlərinin, metronun və avtobus marşrutlarının imkanlarından maksimum istifadə edilməli, daha sonra ehtiyaca uyğun genişləndirmə aparılmalıdır. Əks halda, yeni yolların tikintisi tıxac probleminin köklü həllinə gətirib çıxarmayacaq".
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












