Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO

Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu bu gündən fəaliyyətə başlayıb.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.
Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
M1 – “Elmlər Akademiyası” – “28 May”;
M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;
M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;
M4 – “20 Yanvar” – “Koroğlu”;
M5 – “20 Yanvar” – “Gənclik”;
M6 – “Elmlər Akademiyası” – “Gənclik”.
Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq. Dəyişiklik 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.
Eyni zamanda, avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












