Bakıda bu il dörd metro stansiyasının tikintisinə başlanılacaq

Bakı metropoliteni bu ilin sonuna qədər dörd yeni stansiyanın tikintisinə başlayacaq. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində Bakı Metropoliteni tərəfindən "yaşıl xətt"in genişləndirilməsi üzrə mühüm addımlar atılır:
"Layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb. Məlumata görə, ayrılmış vəsait hesabına "yaşıl xətt" üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən "Dərnəgül" stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə paytaxtın sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına, həmçinin nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək. Layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır və nəticələr ictimaiyyətə təqdim olunacaq. Layihə çərçivəsində bu ilin sonunda "yaşıl xətt" üzrə dörd yeni stansiyanın tikintisinə başlanması nəzərdə tutulur".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












