Bakıda bu svetoforlar süni intellektlə işləyir - NİİM-dən AÇIQLAMA

"Paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə yeni pilot layihə icra olunur. Söhbət Binəqədi rayonu ərazisində – Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin, eləcə də Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsindən gedir".
Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib.
Onun sözlərin görə, 115 nömrəli tam orta məktəbin qarşısında yerləşən piyada keçidi də daxil olmaqla ümumilikdə 8 kəsişmədə "ağıllı işıqfor" sistemi sınaq rejimində işə salınıb:
"Layihə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən xarici mütəxəssislərlə birgə həyata keçirilir və bu texnologiya ilk dəfə olaraq həmin ərazidə tətbiq olunur.
Ağıllı işıqforların əsas üstünlüyü onların süni intellekt əsaslı idarəetmə mexanizminə malik olmasıdır. Ənənəvi işıqforlardan fərqli olaraq, bu sistem sabit vaxt intervalı ilə deyil, real vaxt rejimində işləyir. Yolun hərəkət hissəsinə quraşdırılmış sensorlar, işıqfor dirəklərində yerləşdirilən kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axınının intensivliyi ölçülür. Toplanan məlumatlar idarəetmə proqramına ötürülür və sistem hansı istiqamətdə yaşıl işığın müddətinin artırılıb-azaldılmasına özü qərar verir.
Məsələn, hər hansı kəsişmədə qəza baş verərsə və ya süni sıxlıq yaranarsa, sistem həmin istiqamətdə yaşıl işığın yanma müddətini avtomatik uzadır. Bununla da nəqliyyatın buraxılış qabiliyyəti artırılır və sıxlığın aradan qaldırılmasına çalışılır.
Eyni zamanda, əgər kəsişmədə nəqliyyat axını zəifdirsə və ya yol faktiki olaraq boşdursa, ağıllı işıqforlar bunu dərhal müəyyən edir. Belə hallarda əsas istiqamət üzrə yaşıl işıq daha uzun müddət aktiv qalır, lazımsız gözləmə vaxtı minimuma endirilir. Bu xüsusilə gecə saatlarında sürücülərin tez-tez şikayət etdiyi "boş yolda uzun qırmızı işıq" problemini aradan qaldırmağa kömək edir.
Bununla yanaşı, təhlükəsizlik amili prioritet olaraq qalır. Sistem kəsişmələrdə həm nəqliyyat vasitələrinin, həm də piyadaların təhlükəsizliyini təmin edəcək şəkildə proqramlaşdırılıb".
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












