Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK

"Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə inşa ediləcək yeni stansiyalarda yeddivaqonluq qatarlar hərəkət edəcək".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yeni stansiyaların platformaları "qırmızı" və "yaşıl" xətt üzrə fəaliyyət göstərən stansiyaların platformasından böyük olacaq:
"Hazırda istismarda olan "qırmızı xətt" üzrə stansiyaların platformalarının uzunluğu 102-105 metrdir. Həmin stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma "bənövşəyi xətt" üzrə inşa edilən və yeni tikiləcək stansiyaların platformalarının uzunluğu 144 metrdir. Həmin xətt üzrə hərəkət edəcək qatarlar yeddi vaqondan ibarət olacaq".
B.Məmmədov bildirib ki, yeni inşa ediləcək "yaşıl xətt" üzrə stansiyalar da beşvaqonluq qatarlar üçün nəzərdə tutulacaq.
Xatırladaq ki, 2030-cu ilə qədər Bakı Metropoliteninin "yaşıl" və "bənövşəyi" xətləri üzrə 10 yeni stansiya inşa edilərək istifadəyə veriləcək.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO












