Banner

Bakıda metro stansiyalarından biri yenidən qurulacaq

Yeniliklər 6 Noyabr 2026 11:23
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq
WhatsApp kanalımıza abunə olun

Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:

"Bakı şəhərin və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir.

Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh