Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıb. Avtosfer.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, müqaviləyə qurumun prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huazhi Hu imza atıb.
“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir", – deyə C.Əsgərov bildirib.
Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.
Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.
Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.
Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.
“Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış etmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.
“Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











