Bakıda skuter və velosiped sifarişləri nə qədər artıb? - ARAŞDIRMA

Son 2 ildə paytaxtda mikromobillik vasitələrinə maraq artıb.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin ilk rübünün nəticələri şəhərdə velosiped və skuterlərin artıq sadəcə trend deyil, real nəqliyyat alternativinə çevrildiyini göstərir.
Rəsmi məlumatlara görə, ilin ilk 3 ayında mikromobillik vasitələri 676 mindən çox dəfə sifariş olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artım deməkdir. Xüsusilə velosipedlər üzrə ciddi artım qeydə alınıb – sifarişlərin sayı təxminən 4 dəfə artaraq 188 minə yaxınlaşıb.
İstifadəçi sayında da paralel yüksəliş müşahidə olunur. Belə ki, təkcə velosiped istifadəçilərinin sayı 86 min nəfəri keçib. Ümumilikdə isə mikromobillik xidmətlərindən yararlananların sayı 344 min nəfərə çatıb.
Maraqlı məqamlardan biri də qət edilən məsafə ilə bağlıdır. Hesabat dövründə velosiped və skuterlərlə ümumilikdə 1,3 milyon kilometrdən çox yol qət edilib. Qeyd edək ki, bu göstərici yalnız icarə xidmətlərini əhatə edir və şəxsi istifadə olunan vasitələr də nəzərə alınarsa, real rəqəmlərin daha yüksək olduğu ehtimal edilir.
Eyni zamanda, şəhərdə müvafiq infrastruktur da genişləndirilir. Mikromobillik zolaqlarının uzunluğu artıq 60,5 kilometrə çatıb və bu istiqamətdə hədəf 100 kilometrdir. Bununla yanaşı, paytaxtda yüzlərlə skuter və velosiped üçün park yerləri yaradılıb, minlərlə nəqliyyat vasitəsi isə icarə əsasında istifadəyə verilib.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiya şəhərdə qısa məsafələr üçün alternativ nəqliyyat imkanlarını genişləndirir. Bu isə öz növbəsində tıxacların azalmasına, ətraf mühitin qorunmasına və daha aktiv həyat tərzinin formalaşmasına müsbət təsir göstərir.
Eltac Zülfüqaroğlu
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












