Bakıda yeni ictimai nəqliyyat: Hansı yeniliklər olacaq?

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.
Sənəddə qeyd edilən ən mühüm sənəd Bakıda sərnişindaşıma üçün kanat yollarının təklif edilməsidir.
Bəs, paytaxtın hansı ərazilərində kanat yolu qurula bilər?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var:
“Ona görə də Bakıda da kanat yolunun tikintisi üçün heç bir problem görünmür. Hələlik ortada konkret layihə olmasa da, onu deyə bilərik ki, Bakının relyefi kanat yolları üçün çox münasibdir. O ki, qaldı hansı ərazilərdə kanat yollarının tikilə biləcəyinə... Paytaxtın mərkəzi əraziləri kanat yolu üçün çox münasibdir. Bununla yanaşı paytaxtın bəzi ərazilərində də kanat yolları qurula bilər. Amma burada əsas məsələ kanat yollarının ictimai nəqliyyat üçün nə qədər faydalı olmasıdır”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












