Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO

Bakıda metropoliten şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam edir. Yaxın illərdə metroda 10 yeni stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Bu stansiyalar arasında ilk açılacaq stansiyanın Bənövşəyi xətt üzərində yerləşən yeni stansiya olacağı bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Anar Əliyev məlumat verib.
Ekspertin sözlərinə görə, hazırda inşa olunan stansiya Bakı metrosunun 28-ci stansiyası olacaq. Stansiya Bənövşəyi xəttin 8-ci stansiyasıdır və şərti olaraq B4 kodu ilə qeyd edilir.
Anar Əliyev bildirib ki, stansiya Cəlil Məmmədquluzadə küçəsində, Azərbaycan Tibb Universitetinin və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir. Stansiyanın rəsmi adı isə hələlik açıqlanmayıb.
Ekspert qeyd edib ki, ilk baxışdan stansiyada görüləcək işlərin çox olduğu təsəvvürü yaransa da, əsas tikinti işlərinin böyük hissəsi artıq tamamlanıb. Hazırda stansiyanın daxilində son tamamlama işləri aparılır.
Onun sözlərinə görə, yeni stansiyadan tunel hələlik “8 Noyabr” stansiyası istiqamətində davam edir. Gələcəkdə isə xəttin buradan daha da uzadılması və növbəti stansiyanın şəhər mərkəzi istiqamətində inşa olunması nəzərdə tutulur.
Anar Əliyev yeni stansiyanın giriş hissəsi ilə bağlı maraqlı məqama da diqqət çəkib. Onun sözlərinə görə, stansiyanın girişinin üzərində əlavə pavilyonun inşası nəzərdə tutulmur. Bunun əvəzinə həmin ərazidə ictimai məkanın yaradılması planlaşdırılır.
Stansiya bir neçə mərtəbədən ibarət olacaq. Burada hərəkət imkanları məhdud şəxslərin rahat istifadəsi üçün liftlərin quraşdırılması da nəzərdə tutulub.
Ekspert bildirib ki, stansiyanın hazırkı görünüşü tam vəziyyəti əks etdirmir və yaxın aylarda burada aparılan işlərin yekunlaşması ilə yeni stansiyanın daha fərqli görnüşdə olacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












