Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ

"Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə tikilməkdə olan, şərti adı "B-4" olan yeni stansiyası bu ilin ikinci yarısında istifadəyə veriləcək".
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, yeni metro stansiyasında hazırda işlər sürətlə davam etdirilir:
"Dəmir-beton konstruksiya işləri demək olar ki, bitib. Metro stansiyanın tuneli hazırdır, Stansiya daxilində mexaniki hissədə havalandırma, yanğın təhlükəsizliyi və sair elektrik təchizatı üzrə işlər yekunlaşmaq üzrədir. Stansiyanın interyer-memarlıq dizaynı Türkiyənin məşhur şirkəti tərəfindən tam yenilənib və həmin layihə üzrə material tədarükü başlanılıb".
M.Rzayev bildirib ki, yeni stansiyada 19 eskalator nəzərdə tutulub: "Onlardan 12-si artıq quraşdırılıb, digərləri ardıcıllıqla quraşdırılır. Stansiya bu ilin ikinci yarısında sərnişinlərin istifadəsinə veriləcək".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












