Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO

Binəqədi rayonu, “Köhnə trolleybus parkı”nın yaxınlığı, “Tayqa kəsişməsi” adlanan hissədə işıqforlar quraşdırılıb.
Avtosfer.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.
Görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.
Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












