Bakının mərkəzində bu obyektlər söküləcək - VİDEO

Yanvar ayında Prezident İlham Əliyevin paytaxtın nəqliyyat infrastrukturu ilə bağlı imzaladığı sərəncamda növbəti 5 il ərzində dəyişikliklərin edilməsi qeyd edilib.
Avtosfer.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normative sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən, mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi nəzərdə tutulub.
Şəhərin bir sıra küçə və prospektlərdə səkilər restoranlar, digər iaşə obyektləri səkiləri bu və ya digər formada özəlləşdirib. Belə özəlləşdirmələrə daha çox Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında rast gəlinir.
Səbail rayonu Əhməd Cavad küçəsi, M.F.Axundov bağından Nizami parkına doğru olan səkidə də vəziyyət heç də ürəkaçan deyil. Obyektlər öz pilləkənlərini səkinin üstünə atır, müxtəlif zirzəmilərdə iaşə müəssisələri fəaliyyət göstərir və bu onsuz da ensiz səkini daha da keçilməz hala gətirir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımızın sorğusuna cavab olaraq bildirildi ki, sərəncamda qeyd olunan məsələlərlə əlaqədar addımlar atılacaq:

“Tikintiyə icazə icraatı çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazi planlaşdırma sənədlərinin baxılması və təhlili, eləcə də şəhərsalma nəzarəti çərçivəsində ictimai ərazilərin, o cümlədən onların ayrılmaz hissəsi olan səkilərin qorunması mühüm əhəmiyyət kəsb edən istiqamətlərdəndir. Bu kontekstdə ictimai ərazilərin sakinlər üçün əlçatanlığının artırılması, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bununla yanaşı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən nəzərdə tutulmuş məsələlərin icrası istiqamətində aidiyyəti qurumlarla koordinasiyalı işlərin görülməsi nəzərdə tutulur”.
Əhməd Cavad küçəsindəki obyektlərin yaratdığı vəziyyətin görüntülərini sizə təqdim edirik:
Səfər
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










