"Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq

Yaxın zamanlarda "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir: “Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək”.
R.Bağırov "Baku City Tour"a olan tələbatdan da danışıb: “Mövsümdən asılı olaraq, turizm marşrutuna tələbat dəyişir. Mart ayından oktyabr ayının əvvəlinə kimi tələbat daha çox olur. Həmin aylarda elə olur ki, xəttə əlavə avtobuslar buraxılır”.
Mərkəzin direktoru qeyd edib ki, səhər saat 10:00-dan axşam saat 19:00-a kimi insan sayından asılı olamayaraq, avtobuslar hər gün xəttə çıxırlar. Azadlıq meydanından başlayan tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir.
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












