BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçiləcək.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir. 2017-ci ildən fakültəyə rəhbərlik edən Vüqar Zifəroğlu dekan vəzifəsi üzrə müsabiqəyə müraciət etməyib.
Dekanlıq üçün fakültənin üç kafedra müdirinin – Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanın, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin adları çəkilir.
Qeyd edək ki, müvafiq qaydalara əsasən, dekanlar müsabiqə yolu ilə beş il müddətinə seçilir. Müqavilə müddətinin bitməsinə iki ay qalmış yeni müsabiqə elan olunmalıdır.
Eyni şəxs həmin universitetdə dekan vəzifəsinə ardıcıl iki dəfədən artıq seçilə bilməz. Dekan vəzifəsinin icrası müvəqqəti həvalə olunduqda isə bu müddət üç aydan çox olmamalıdır.
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq












