“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO

Mart ayının 19-u “Ritz-Carlton” hotelində “Bolt” şirkəti tərəfindən “Mobillikdə təhlükəsizlik və məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif tərəfdaş qurumların nümayəndələri, o cümlədən “AmCham” təmsilçiləri iştirak edib.
Tədbirlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, tədbirin əsas məqsədi mobillik sahəsində təhlükəsizlik standartlarının müəyyən edilməsi, platformada tətbiq olunan həllərin təqdim olunması və tərəfdaşlarla əməkdaşlıq imkanlarının müzakirəsi olub.

“Tədbirin əsas çıxışçısı “Bolt”un Dövlət əlaqələri, təhlükəsizlik və uyğunluq üzrə nümayəndəsi Keytrin Merker (Katherine Mercer) olub. O, çıxışında təhlükəsizliyin “Bolt” üçün əsas prioritet olduğunu və bu istiqamətdə davamlı olaraq işlərin aparıldığını vurğulayıb: “Təhlükəsizlik bizim üçün ən yüksək prioritetdir. Platformamızda insidentlər nadir hallarda baş versə də, hər bir belə hal bizim üçün qəbuledilməzdir. Bu sahədə irəliləyiş əldə etmək üçün təhlükəsizliyi bütün proseslərə inteqrasiya etmək, sistemlərimizi davamlı təkmilləşdirmək və sürücü tərəfdaşlarımızla sıx əməkdaşlıq etmək vacibdir”.
Daha sonra “Bolt”un Azərbaycanda Dövlət əlaqələri üzrə rəhbəri Maarifə Paşayeva platformada tətbiq olunan texnoloji təhlükəsizlik həlləri haqqında təqdimatla çıxış edib. O, real vaxt izləmə, məlumatların şəffaflığı, hesabat və şikayət mexanizmləri, eləcə də platforma nəzarət alətləri barədə ətraflı məlumat verib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda “Bolt” platformasında yeni “Ambulans” kateqoriyasının istifadəyə verilməsi istiqamətində müzakirələr aparılır. Bu təşəbbüs çərçivəsində istifadəçilər tətbiq vasitəsilə təcili tibbi yardım çağırmaq imkanı əldə edəcək və xidmətin bir neçə klinika ilə tərəfdaşlıq əsasında həyata keçirilməsi planlaşdırılır.
Tədbir açıq müzakirə sessiyası ilə davam edib. İştirakçılar mobillik sahəsində təhlükəsizlik standartlarının inkişafı, dövlət qurumları ilə əməkdaşlıq və gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıblar”.
Ekspert onu da qeyd edib ki, ölkə yollarında təhlükəsizliyin təmin olunması mövzusunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeyri-iş günləri ilə bağlı əhaliyə müraciət olunub. Müraciətdə bildirildi ki, polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bu müddət ərzində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlindən gələn bütün vasitələri tətbiq edəcək. Əhalinin ən böyük problemi isə qaydalara ciddi şəkildə əməl etməkdir:
“Piyada qismində keçidlərdən istifadə etmək lazımdır, olmayan yerlərdə isə yolu keçərkən son dərəcə diqqətli olmaq lazımdır. Avtosfer.az saytındakı xəbərləri izləsəz, görərsiz ki, gün ərzində neçə piyada özünü maşının altına atır, son anda qəzadan yayınır. Yol polisi xüsusilə sürücülərin bayram günlərində daha diqqətli olması üçün çağırış edib. Müraciətdə qeyd edilib ki, əvvəlcə avtomobilin texniki sazlığını yoxlayın, mümkün qədər günün erkən saatlarında yola çıxın, sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin, ötmə və manevr qaydalarına uyğun davranın, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun. Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər”.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










