Bu ərazidə genişmiqyaslı asfaltlanma işləri həyata keçirilib - FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Stansiya Sumqayıt ərazisində genişmiqyaslı asfaltlanma işləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ümumilikdə 2000 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənib. Asfaltlanma işləri əsasən Stansiya Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə aparılıb. Əsas diqqət 12 a saylı marşrut xəttinin son dayanacağı və onun ətrafındakı küçələrin abadlaşdırılmasına yönəldilib.
İşlərin icrası zamanı əraziyə müasir texnika və canlı qüvvə cəlb olunub. Yol infrastrukturu yenilənməklə yanaşı, piyadaların və nəqliyyat vasitələrinin hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılıb.
Qeyd edək ki, bu tip layihələr Sumqayıt şəhərində yaşayış mühitinin yaxşılaşdırılması və şəhərsalma siyasətinin davamlılığı baxımından önəmli addım kimi qiymətləndirilir. Şəhər rəhbərliyi gələcəkdə də bu cür abadlıq və infrastruktur layihələrinin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















