Bu rayonun yolları yenə təmir olunacaq: Bu dəfə 585 min ayrıldı

2024-cü ildə Zərdab şəhərində yolların əsaslı təmirinə yarım milyon manatdan çox vəsait xərclənib. Cari ildə yenidən yolların əsaslı təmirinə ehtiyac yaranıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhəri üzrə nümayəndəliyinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi ötən il olduğu kimi bu il də "Agroyol-İnşaat" MMC seçilib. Bu dəfə yolların təmirinə 585 656,04 manat xərclənəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Aqroyol-İnşaat” MMC 5 dekabr 2005-ci il-də qeydiyyata alınıb. Nizamnamə 20 AZN olan şirkətin hüquqi ünvanı Ucar rayonu, Ucar şəhəri, 29-cu məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Nuriyev Vaqif Əlisa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədir. O, Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşıdır. Mərdan Camalzadə Zərdabdan əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Mərdan Camalzadənin Zərdab şəhəri üzrə nümayəndəsi isə Səməd Cəfərovdur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












