Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO

Dənizkənarı Milli Parkda Bakının tarixi fayton ənənələrini müasir yanaşma ilə yaşadan elektrik mühərrikli retro üslublu faytonlar ziyarətçilərin istifadəsinə verilib. Avtosfer.az xəbər verir ki, klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən bu nəqliyyat vasitələri Bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir.
Marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən ziyarətçilər gəzinti zamanı Bulvarın zəngin tarixini və görməli məkanlarını fərqli rakursdan seyr etmək imkanı əldə edirlər. Layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı müasir rahatlıqla bir araya gətirir.
Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri tərəfindən yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları haqqında ətraflı məlumat təqdim olunur.
Elektrik mühərrikli faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin genişləndirilməsi, eyni zamanda ekoloji cəhətdən dayanıqlı və müasir şəhər mühitinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Elektrik mühərrikli faytonla gəzintinin qiyməti 40 manat təşkil edir və 4 böyük və 2 uşaq olmaqla ümumilikdə 6 sərnişin daxildir. Gəzinti zamanı zoyarətçilərə xüsusi retro qəzet formatında hazırlanan foto hədiyyə olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












