“Bütün piyada keçidləri işıqforla təmin olunsun”- TƏKLİF

Müasir şəhər infrastrukturunda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması prioritet məsələlərdən biridir. Xüsusilə də piyada keçidləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün müxtəlif texniki və təşkilati tədbirlər həyata keçirilir. Lakin ictimai müzakirələrdə tez-tez qarşıya çıxan məsələlərdən biri də budur: görəsən, bütün piyada keçidləri mütləq şəkildə işıqforla təmin olunmalıdırmı? Bu sual ətrafında fikir ayrılıqları mövcuddur və məsələni hüquqi-nəzəri baxımdan aydınlaşdırmaq vacibdir.
Bu sualını nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb.
Ekspertin sözlərinə əsasən,bütün piyada keçidləri eyni hüquqi və texniki statusa malik deyil: “Piyada keçidləri iki əsas yerə bölünür: nizamlanan və nizamlanmayan keçidlər. Nizamlanan piyada keçidləri adından da göründüyü kimi, işıqfor və ya digər tənzimləyici texniki vasitələrlə təchiz olunur. Bu tip keçidlərdə hərəkətin axını xüsusi qurğular vasitəsilə nizama salınır və piyadaların keçidi üçün konkret zaman ayrılır. Bundan fərqli olaraq nizamlanmayan piyada keçidlərində hərəkət işıqfor vasitəsilə tənzimlənmir. Bu hallarda qaydalara əsasən, əgər piyada keçidə yaxınlaşır və yolu keçməyə niyyət edirsə, nəqliyyat vasitələri mütləq şəkildə dayanmalı və piyadaya yol verməlidir. Bu, mövcud yol hərəkəti qaydaları ilə açıq şəkildə tənzimlənir və sürücülərin hüquqi məsuliyyətini müəyyən edir”.
O bildirib ki, təhlükəsizlik baxımından bütün piyada keçidlərinin işıqforla təmin olunması daha məqsədəuyğun olardı: “Lakin infrastruktur imkanları və yol hərəkətinin intensivliyi nəzərə alınaraq bu, praktikada hər zaman mümkün olmur. Digər tərəfdən, mövcud işıqforların texniki vəziyyəti də xüsusi önəm daşıyır. Əgər işıqfor nasazdırsa və bu, qəza riskini artırırsa, başqa hüquqi məsələ gündəmə gəlir. Bu, müvafiq qurumlar tərəfindən operativ şəkildə aradan qaldırılmalıdır. Qanunvericilikdə bütün piyada keçidlərinin işıqforla təchiz olunması barədə məcburi tələb yoxdur. Əsas məsələ, hər bir yol iştirakçısının — istər sürücü, istərsə də piyada — mövcud qaydalara ciddi riayət etməsi və qarşılıqlı anlayış prinsiplərinə əsaslanmasıdır. Bu isə nəinki hüquqi məsuliyyətdir, eyni zamanda ictimai təhlükəsizlik və mədəniyyət məsələsidir”.(cross.media)
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












