Dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Gələn aydan

Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir. Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sisteminin test edildiyini deyib: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bilet satışı saytı həm veb, həm də onlayn uçün işlənib hazırlanıb. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq".
Onun sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır: "Gələn ayın birindən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinləri eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə İnternet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Final layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”.
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











