"Dərnəgül" elektrik deposu və "28 May" - "Cəfər Cabbarlı" stansiyaları arasında yeni tunel - VİDEO

Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "Dərnəgül" elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb. Birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025-30-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini "Çinarlı" yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.
AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək. Bildirilib ki, Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan "yaşıl" və "qırmızı" xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, altı əsas komponentdən ibarət kompleks yanaşmadır. Layihə çərçivəsində hazırda tikinti işləri həyata keçirilən yeni tunellərin inşası və "28 May" - "Cəfər Cabbarlı" stansiyaları arasında yeni piyada tuneli (pilləkən) barədə ətraflı məlumat videoda yer alıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












