Dİqqət: Bu yolda hərəkət qaydaları dəyişdi - 60 manat, 3 bal cərimə

Paytaxtın daha bir küçəsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər Dünəndən həmin ərazidə müvafiq yol nişanları da quraşdırılıb. Belə ki, Lermontov küçəsindən Teymur Elçin küçəsinə çıxarkən - Teymur Elçin küçəsində, yəni Bayıl istiqamətindən üzü Teleteatr tərəfə hərəkət edən nəqliyyat vasitələrinə yol vermək tələb olunurdusa, artıq bu qadağa götürülüb. Teymur Elçin küçəsindən Lermontov küçəsinə çıxanda əraziyə "Baş yol" işarəsi quraşdırılıb.
Eyni zamanda Teymur Elçin küçəsi ilə üzü Bayıl istiqamətində hərəkət edərkən sola - Lermontov küçəsinə (Nazirlər Kabineti tərəfə) dönən sürücülərə də üstünlük verilir. Həmin əraziyə də müvafiq olaraq "Baş yol" nişanı quraşdırılıb. Dağüstü park tərəfdən üzü Teleteatr istiqamətinə hərəkət edən sürücülər isə "yol ver" nişanına diqqət etsələr yaxşı olar. Çünki uzun illərdir həmin ərazidə hərəkət fərqli təşkil edildiyi üçün bəzi sürücülər nişana baxmadan gedirlər.
Bu isə onların 3 bal və 60 manat cərimə olunmasına gətirib çıxara bilər. Hazırkı şəraitdə sürücülər yol ayrıcını keçmə qaydasını pozmuş olurlar.
Orxan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















